Naməlum şəxslər Rusiyanın İnquşetiya Respublikasının paytaxtı Maqasın girişində avtomobilə atəş açıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin respublika idarəsindən bildirilib.
"İnquşetiya Respublikası üzrə Daxili İşlər Nazirliyi Maqas dairəsində avtomobilin atəşə tutulmasının səbəblərini aydınlaşdırır. Bütün lazımi tədbirlər görülür", - deyə bildirilib.
Rusiya İstintaq Komitəsinin İnquşetiya üzrə İstintaq İdarəsi avtomobilə atəş açdıqdan sonra hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsdlə bağlı cinayət işi açıb.
İstintaq İdarəsindən bildirilib ki, polis əməkdaşlarının olduğu avtomobil atəşə tutulması nəticəsində biri polis olmaqla üç nəfər həlak olub. Faktla bağlı cinayət işi açılıb.
Bizim.Media