Evində narkotiklə silah saxlayan şəxs həbs edildi – VİDEO

Evində narkotiklə silah saxlayan şəxs həbs edildi – VİDEO

Hazırda oxunan: Evində narkotiklə silah saxlayan şəxs həbs edildi – VİDEO

214980

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı odlu silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 44 yaşlı Namiq Abbasov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, onun yaşadığı ünvandan marixuana, eləcə də “Kalaşnikov” avtomatı, daraq və patronlar aşkarlanıb. 
 

Saxlanılan şəxs avtomatı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək özündə saxladığını bildirib. 


Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO