Dağlıq Qarabağda qondarma rejimin “Təhlükəsizlik Şurası” bir sıra sahələrdə, xüsusən də Kəlbəcər bölgəsində Azərbaycan qoşunlarının irəliləməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Ermənistan” nəşri yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ordumuz yenidən Ağdərə istiqamətində irəlilədi
Mənbə yazır ki, Qara göl insidentindən sonra belə informasiyalar yayılıb ki, guya Azərbaycan ordusu digər ərazilərdə də mövqelərini irəliləyə çəkib.
Qondarma rejimin qurumu əlavə edib ki, Rusiya sülhməramlı kontingenti hazırda atəşkəs rejiminə tam nəzarət edir, təmas xəttindəki mövcud konfiqurasiya qorunur və təhlükəsizlik lazımi səviyyədə təmin edilir.
“Təhlükəsizlik Şurası” medianı hərbi mövzuda həvəskar mesajlar yaymaqdan çəkinməyə və əhali arasında çaxnaşma yaratmamağa çağırır.
Əslində ermənilər istər Qara göl ətrafında, istərsə də digər ərazilərdə baş verənləri gizlətməyə çalışırlar. Məqsədləri isə əhalini təşvişə salmamaq və sərhəd kəndlərindən köçün qarşısını almaqdır.
Qara göllə bağlı saldıqları haray-həşir, görünür ziyanlarına işləyib, sosial medialarda sadə ermənilər bu torpaqların azərbaycanlılara məxsus olduğunu və köçmək məcburiyyətində qaldıqlarını gizlətməyiblər.
Bizim.Media