Bakıda saxta Qarabağ əlilləri arasında dava düşdü - VİDEO

Bakıda saxta Qarabağ əlilləri arasında dava düşdü - VİDEO

Hazırda oxunan: Bakıda saxta Qarabağ əlilləri arasında dava düşdü - VİDEO

21479

Uzun müddətdir Qarabağ qazilərinin adından istifadə edərək kriminal işlərlə məşğul olan şəbəkənin üzvləri arasında əlbəyaxa dava baş verib.

Bizim.Media xəbər verir ki, hadisə şahidlərinin “Yeni Sabah”a dediyinə görə, dava “Motodrom” ərazisində may ayının 14-də baş verib. Qrupun aktiv üzvlərindən olan Hacıyev Məmmədəli İsgəndər oğlu digər əlillər tərəfindən döyülüb. 

Redaksiyaya təqdim olunan videoda görünür ki, onu “həmkarlar”ı əsalarla şil-küt edirlər.

Görüntülərdə qrupun “liderlərindən” hesab olunan Sərxan Musayev də görünür. O və dəstənin digər üzvləri oxuculara Əhmədli metrosunun yaxınlığında, SOCAR-ın ərazisində qanunsuz evlərin tikintisi zamanı baş verən qarşıdurmalardan tanışdır.

Döyülən şəxs Məmmədəli Hacıyev isə bir müddət əvvəl Nərimanov rayonu ərazisində maşınına od vuraraq yandıracağı ilə bağlı aksiya etməsi ilə gündəmə gəlmişdi.

Hadisə şahidlərinin bildirdiyinə görə, M.Hacıyevin “silahdaşları” tərəfindən döyülməsinə səbəb araların olan pul haqq-hesabı olub. Konkret olaraq saxta əlillik məsələsi ilə bağlı qrupun əldə etdiyi pulları bölüşdürə bilmədikləri üçün dava baş verib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO