Ərdoğan: “Sofi Nurəddin ləqəbli təhlükəli PKK terrorçusu məhv edildi” – VİDEO

Ərdoğan: “Sofi Nurəddin ləqəbli təhlükəli PKK terrorçusu məhv edildi” – VİDEO

Hazırda oxunan: Ərdoğan: “Sofi Nurəddin ləqəbli təhlükəli PKK terrorçusu məhv edildi” – VİDEO

21462

Türkiyə Milli Təhlükəsizlik Təşkilatının uzun zaman kəsiyində həyata keçirdiyi tədbirlər sayəsində təhlükəli PKK terrorçusu Sofi Nurəddin ləqəbli cinayətkar İraqın şimalında məhv edilib.

Bizim.Media xəbər verir ki, bu məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə ordusu PKK-nın əsas üzvlərində birini məhv etdi - FOTO


Türkiyənin terrorizmlə mübarizədə qətiyyətli olduğunu bir daha diqqətə çatdıran dövlət başçısı bildirib ki, PKK-nın bir sıra qanlı əməllərinin əsas təşkilatçılarından olan Sofi Nurəddin “Fırat qalxanı” və “Zeytun budağı” antiterror əməliyyatlarında iştirak edən türkiyəli hərbçilərə qarşı hücumları təşkil edib.

Qeyd edək ki, axtarışda olan suriyalı Sofi Nurəddin PKK-nın aparıcı simalarından biri olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO