İran özünü İsrail kimi əjdahanın ağzına atmayacaq - VİDEO

İran özünü İsrail kimi əjdahanın ağzına atmayacaq - VİDEO

Hazırda oxunan: İran özünü İsrail kimi əjdahanın ağzına atmayacaq - VİDEO

213737

İsraildən İrana daha bir zərbə. Tehran Haniyənin ölümünün şokundan ayılmamış digəri ilə sarsıldı. İsrail bu dəfə Hizbullah lideri Həsən Nəsrullahı öldürdü. Cümə axşamı bütün dünya heyrət içində gözləyirdi. İran xəbəri təkizb edir, İsrail “öldürmüşük” deyirdi. 

Bizim.Media xəbər verir ki, bu barədə İTV-nin “Yekun Xəbər” proqramında deyilir.

Aparıcının sözlərinə görə, ertəsi gün İsrail ordusu Hizbullah liderinin qətlinin təfərrüatlarını belə açıqladı:

“Netanyahu Həsən Nəsrullahın ölümünə belə fərman vermişdi. Nyu-Yorkda qaldığı oteldə telefonla. Nəsrullahın öldürüldüyü anlarda İsrailin baş naziri BMT Baş Assambleyasında İrana və “Hizbullah”a meydan oxuyurdu. Bir qədər keçmişə gedək və bu ilin yazını xatırlayaq. İsrail Suriyada İran səfirliyinə zərbələr endirmişdi. Buna cavab olaraq İran tarixində ilk dəfə öz ərazisindən İsraili vurmuşdu. Raketlər hədəfə çatmasa da, İsrail buna cavab verəcəyini demişdi.

Təl-Əvivin cavabı yəqin ki, heç kimin gözləmədiyi kimi oldu. Əvvəlcə Tehranın mərkəzində HƏMAS lideri Haniyəni öldürdü. Bu dəfə isə Hizbullah lideri Nəsrullahı. İsrail İranın proksilərini məhv etməkdə qərarlıdır, amma məhv edə biləcəkmi? Həmas və Hizbullah liderlərinin ölümü bu qruplaşmaların məhvi deməkdirmi? Xameneinin nümayəndəsi Laricani deyir ki, ölən hər müqavimət liderinin əvəzi həmişə olacaq. Yəni Haniyə və ya Nəsrullah ölsə də, İran bu qruplaşmaları yaşadacaq.

Gözlər indi İrana dikilib. Haniyəyə görə qisas ala bilməyən İran Nəsrullaha görə hərəkətə keçəcəkmi? İsrail əlindən gələn hər şeyi etdi ki, İran ona cavab versin.
 

Artıq İranın İsrailə cavab verməmək kimi şansı qalmayıb. Bu cavab gələcəkmi? Bəziləri inanır ki, Tehran mütləq cavab verəcək, digər qisim isə hesab edir ki, İran özünü İsrail kimi əjdahanın ağzına atmayacaq. İran-İsrail savaşı başlasa, dünyanı nə gözləyir? Ən əsası bunun Azərbaycana hansı təsirləri olacaq?”.


Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO