Vətən müharibəsində 46 şəhid vermiş Xaçmaz rayonunda Anım Günü qeyd olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səhər saatlarından yüzlərlə xaçmazlı şəhidlərin əziz xatirələrini yad etmək üçün Şəhidlər xiyabanına axın ediblər.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda Anım Günüdür
Onlar saat 12.00-da şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Məlumat üçün bildirək ki, Xaçmaz ümumilkdə Qarabağ münaqişəsində 303 şəhid verib.
Onlardan 226 nəfəri Birinci Qarabağ müharibəsində, 12 nəfəri 2023-cü ilin son antiterror hadisələrində, 1 nəfəri 2022-ci ilin"Qisas"əməliyyatında, digərləri isə ermənilərin müxtəlif dövrlərdə törətdikləri təxribatların qarşısını alarkən qəhrəmancasına şəhid olublar.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu