Ərdoğan BMT-yə SƏSLƏNDİ: “Niyə Netanyahu və şəbəkəsini dayandıra bilmirsiniz” - VİDEO

Ərdoğan BMT-yə SƏSLƏNDİ: “Niyə Netanyahu və şəbəkəsini dayandıra bilmirsiniz” - VİDEO

Hazırda oxunan: Ərdoğan BMT-yə SƏSLƏNDİ: “Niyə Netanyahu və şəbəkəsini dayandıra bilmirsiniz” - VİDEO

213002

“Bir zamanlar Adolf Hitlerin hücumlarının qarşısı alındığı kimi bu gün də İsrailin Baş naziri Benyamin Netanyahunu da dayandırmaq lazımdır”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
 

“Bəşəriyyətin ittifaqı (BMT-ni nəzərdə tutur) 70 il əvvəl Hitleri dayandırdığı kimi, indi də eyni ümumi səylərlə Netanyahu və onun qatil dəstəsini dayandırmalıdır. Axı niyə Netanyahu və şəbəkəsini dayandıra bilmirsiniz? Biz hesab edirik ki, indiki şəraitdə İsraili cilovlamaq üçün gücdən istifadəni tövsiyə etmək lazımdır”, - deyə Türkiyə prezidenti bildirib.


Daha sonra Ərdoğan beynəlxalq media qurumlarının əməkdaşlarına da səslənib: “Beynəlxalq media qurumları, İsrailin canlı yayımda qətlə yetirdiyi, ofislərinə basqın edilən və öldürülən jurnalistlər sizin həmkarlarınız deyilmi?!”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO