Şamaxıda torpaq sürüşməsi: Təhlükəli vəziyyət yarandı - VİDEO

Şamaxıda torpaq sürüşməsi: Təhlükəli vəziyyət yarandı - VİDEO

Hazırda oxunan: Şamaxıda torpaq sürüşməsi: Təhlükəli vəziyyət yarandı - VİDEO

212621

Şamaxıda torpaq sürüşməsi baş verib. Şamaxı-Qızmeydan yolunun altıncı kilometrliyində baş verən sonuncu sürüşmə nəticəsində qayadan qopan iri daş parçaları yol kənarına tökülüb.

Bizim.Media xəbər verir ki, sürüşmə asfalt örtüyünə də ciddi ziyan vurub.

Sürücülərin sözlərinə görə, yol kənarına tökülən qaya parçaları hərəkətə maneə törədir:

"Adıçəkilən yolda ilk dəfə hərəkət edən, yola nabələd olan insanlar buradakı maneələrlə qarşılaşaraq idarəetməni itirə bilərlər. Təklif edərdim ki, buradan gedib-gələn sürücülər həmişə ehtiyatlı olsunlar".
 

19 saylı xüsusi təyinatlı yol istismar sahəsindən məsələ ilə bağlı bildirilib ki, son zamanlar yağan güclü yağışlar nəticəsində yollarda bir çox fəsadlar əmələ gəlib və bunun nəticəsində bəzi yerlərdə sürüşmələr qeydə alınıb:


"İdarəmiz çərçivəsində bir çox işləri görmüşük. Yolun əsaslı təmiri nəzərdə tutulub".

Daha ətraflı Baku TV-nin materialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO