Mayın 15-də futbol üzrə Türkiyə çempionatının sonuncu turunda "Qalatasaray" doğma meydanda "Yeni Malatyaspor"u qəbul edib.
Bizim.Media xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu 3:1 hesabı ilə qalib gəlib.
"Beşiktaş" isə doğma meydanda "Göztəpə"ni 2:1 hesabı ilə məğlub edib.
"Fənərbağça" səfərdə "Kayserispor"u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Beləliklə, bu qələbədən sonra "Beşiktaş" 84 xal toplayaraq Türkiyə Superliqasında çempion olub. Onunla eyni xal toplayan, lakin top fərqinə görə geridə qalan "Qalatasaray" ikinci, 82 xala malik olan "Fənərbağça" isə üçüncü olub.
Superliqanı tərk edən klublar isə "Ərzurumspor", "Ankaragücü" və "Dənizlispor" olub.
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınib:
"Ankaragücü" - "Alanyaspor" - 0:1;
"Antalyaspor" - "Konyaspor" - 0:0;
"Fatih Karagümrük" - "Dənizlispor" - 5:1;
"Hatayspor" - "Qaziantep" - 0:1;
"Rizəspor" - "Başakşəhər" - 0:2;
"Sivasspor" - "Kasımpaşa" - 2:1;
"Trabzonspor" - "Gənclərbirliyi" - 2:1:
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda mübarizə aparıb.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
09:45 / 16.05.2021
“Beşiktaş” 16-cı dəfə Türkiyə çempionu oldu - VİDEO
Hazırda oxunan: “Beşiktaş” 16-cı dəfə Türkiyə çempionu oldu - VİDEO
Hazırda oxunan: “Beşiktaş” 16-cı dəfə Türkiyə çempionu oldu - VİDEO
21235
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.