Xaçmazın Palçıqoba kəndində yeni məktəb binasının AÇILIŞI OLDU – FOTO/VİDEO

Xaçmazın Palçıqoba kəndində yeni məktəb binasının AÇILIŞI OLDU – FOTO/VİDEO

Hazırda oxunan: Xaçmazın Palçıqoba kəndində yeni məktəb binasının AÇILIŞI OLDU – FOTO/VİDEO

211709

Bilik Günündə Xaçmaz rayonunun Palçıqoba kəndində yeni məktəb binasının açılışı olub. 

Məktəbin binası 2020-ci il iyul ayının 3-də qısa qapanmadan tamamilə yanaraq istifadəyə yararsız olduğu üçün bu gün 360 yerlik yeni, müasir məktəb qonşu Nərəcan kənd məktəbində dərs keçən Palçıqobalı şagird və müəllimlərin istifadəsinə verilib. 

Yeni binanın açılışında Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak edib.

Nazir müavini Firudin Qurbanov bu gün Xaçmazda İstisu qəsəbəsində də müasir yeni məktəb binasının açıldığını deyib: 

“Nə xoş ki, bu gün işğaldan azad olunmuş rayon və şəhərlərimizdə də də yeni məktəblər açılıb. Bütün bunlar ölkəmizin bütün ərazilərində təhsilin tam təmin olunması deməkdir”. 

Firudin Qurbanov Vətən Müharibəsində 760 müəllimin iştirak etdiyini qeyd edərək bu döyüşlərdə 20 müəllimin şəhid olduğunu, 10 şagirdin isə həyatını itirdiyini diqqətə çatdırıb.

Daha sonra məktəbin sinif otaqlarına, fənn kabinələrinə, 152 yerlik akt zalına və müasir idman zalına baxış keçirilib.

Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov Bizim.Media-nın yerli bürosuna açıqlamasında bu gün Xaçmazda yeni istifadəyə verilən məktəblərdə hər cür şərait və avadanlığın olduğunu bildirib: 

“İstisu qəsəbə məktəbi əvvəllər qəzalı binada yerləşirdi. İndi Heydər Əliyev Fondunun dəstəyi ilə istifadəyə verilən məktəbdə istilik sistemindən tutmuş hər cür şərait var. Palçıqoba məktəbi də əvvəllər odunla qızdırılırdı, indi müasir istilik sistemi quraşdırılıb”, - deyə nazir müavini vurğulayıb.


























Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO