Məşhur idmançı ilə Ronaldo arasındakı söhbətin VİDEO görüntüləri yayıldı

Məşhur idmançı ilə Ronaldo arasındakı söhbətin VİDEO görüntüləri yayıldı

Hazırda oxunan: Məşhur idmançı ilə Ronaldo arasındakı söhbətin VİDEO görüntüləri yayıldı

21147

Sosial şəbəkələrdə keçmiş UFC çempionu Konor Makqreqorla ulduz futbolçu Kriştianu Ronaldo arasında olan söhbətin videogörüntüləri yayılıb.

Bizim.Media sportinfo-ya istinadla xəbər verir ki, video 2016-cı ildə çəkilib.

Videoda MMA döyüşçüsü Ronaldodan onun şəxsi təyyarəsi barədə soruşur.

Özünün dünyanın ən çox qazanan idmançıları siyahısında 38-ci olduğunu bildirən Makqreqor tezliklə portuqaliyalını ötərək reytinqdə birinciliyə yüksələcəyini qeyd edir.

Döyüşçü bu il verdiyi sözə əməl etməyi bacarıb və “Forbes” nəşrinin ən yüksək gəlirli idmançıları siyahısında ilk pilləyə qalxıb. Ronaldo isə reytinqdə Messidən sonra üçüncü yeri tutub.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO