Zaxarova: “Aİ-nin İrəvana vədləri regionda geosiyasi qarşıdurmanı qızışdırmaq cəhdləridir” - VİDEO

Zaxarova: “Aİ-nin İrəvana vədləri regionda geosiyasi qarşıdurmanı qızışdırmaq cəhdləridir” - VİDEO

Hazırda oxunan: Zaxarova: “Aİ-nin İrəvana vədləri regionda geosiyasi qarşıdurmanı qızışdırmaq cəhdləridir” - VİDEO

211040

“İrəvanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmaq üçün strateji vektorun gücləndirilməsi istiqamətində məqsədyönlü işi və vizasız gediş-gəlişlə bağlı danışıqlar Ermənistanın suveren qərarıdır, bu, Moskva ilə müzakirə olunmayıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib.

O qeyd edib ki, rəsmi Moskva bu cür danışıqların Rusiya ilə Ermənistan arasında vizasız rejimin fəaliyyətinə heç bir mənfi tərəfini və ya təsirini görmür:

“Amma bir məqam da var: Qərblilərin bu cür “alicənablığını”, xüsusən də indiki geosiyasi reallıqlarda olduqca ehtiyatla dərk etmək lazımdır. 

Çünki Aİ-nin Ermənistan vətəndaşları üçün viza rejimini sadələşdirmək niyyəti Brüsselin İrəvanın siyasətinə təzyiq vasitəsidir. Brüssel vizasız rejim barədə danışıqlar başladıqdan sonra Ermənistanın siyasətinə təzyiq vasitələri əldə edəcək”. 

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, vizasız gediş-gəliş vədləri xalis fürsətçilik və manipulyasiya, regionda geosiyasi qarşıdurmanı qızışdırmaq cəhdləridir. Və indi bu, Ermənistanın taleyinə düşüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO