Bakıda yaşayış binasının damı çöküb - Sakinlər narahatdırlar - VİDEO

Bakıda yaşayış binasının damı çöküb - Sakinlər narahatdırlar - VİDEO

Hazırda oxunan: Bakıda yaşayış binasının damı çöküb - Sakinlər narahatdırlar - VİDEO

209868

Bakıda yaşayış binasının damı uçub, mənzil yararsız vəziyyətə düşüb.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində baş verib.

Hadisə nəticəsində evdəki əşyalar yerlə bir olub. Ev sahibi Məmmədəli Hümmətov bildirir ki, mənzildə olan hər şey sıradan çıxıb.

Dağlı küçəsi ev 24-ün 30 illik sakini Məmmədəli Hümmətov hadisə baş verən an evdə olduğunu deyir.

Onun sözlərinə görə, 119 yaşlı ikimərtəbəli yaşayış binasının qəzalı vəziyyətdə olması ilə bağlı rəy 2000-ci ildə verilsə də, binanın 60-a yaxın sakini hələ də burada yaşayır. Binanın digər sakinləri də eyni halla üzləşə biləcəklərindən narahatdırlar.
 

Sakinlərin üzləşdiyi problemlə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Bildirildi ki, baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumun nümayəndələri əraziyə dəvət olunub. Məsələ ilə əlaqədar artıq icra hakimiyyəti tərəfindən aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.


Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın  videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO