Monqolustanda Hökumət Sarayının qarşısına əllərində Ukrayna bayraqları olan etirazçılar toplaşıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Aksiya iştirakçıları Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan Rusiya prezidenti Vladimir Putinin ölkələrinə səfərinə etiraz edirlər.
Qeyd edək ki, Putin ötən gün Monqolustana səfər edib və dövlət rəsmiləri tərəfindən ehtiramla qarşılanıb.
Bundan əvvəl isə Ukrayna XİN Monqolustana ölkə hakimiyyətinin Putinin həbsi və Haaqa məhkəməsinə çıxarılması üçün Beynəlxalq Cinayət Məhkəməsinin məcburi orderini icra etməklə bağlı müraciət ünvanlayıb.
Bizim.Media