Bakıda bəzi ağaclar avtobusların hərəkətinə maneə olur - VİDEO

Bakıda bəzi ağaclar avtobusların hərəkətinə maneə olur - VİDEO

Hazırda oxunan: Bakıda bəzi ağaclar avtobusların hərəkətinə maneə olur - VİDEO

209596

Bakının bir sıra küçə və prospektində çəkilmiş avtobus zolaqları ictimai nəqliyyatın hərəkət intensivliyini yaxşılaşdırsa da, bəzi hissələrdə maneələr yenə də qalır.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu ərazisində Abbas Mirzə Şərifzadə, Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrində ağac budaqları yol nişanlarının görünməsinin qarşısını almaqla yanaşı, iritutumlu nəqliyyat vasitələrinin hərəkətinə maneə olur.

Bildirilib ki, bu ərazilərdə avtobuslar zolaqla hərəkətdə olarkən qarşılarına çıxan ağaclara çırpılmamaq üçün sürücülər nəqliyyat vasitəsini sola çəkir və zolaqdan çıxmağa məcbur olur. Bu da digər hərəkət iştirakçılarına təhlükəli vəziyyət yaradır. Bəzi hallarda qəzaya səbəb olur.

Paytaxtda ən böyük özəl daşıyıcı şirkət olan “Xaliq Faiqoğlu”dan bildirilib ki, ağac budaqlarının yolun hərəkət hissəsini tutması səbəbindən nəqliyyat vasitələrinə bəzi hallarda ziyan dəyir və bu hal avtobus zolaqlarının effektivliyini aşağı salır: “Məsələ ilə bağlı tərəfimizdən də aidiyyəti qurumlara müraciət edilib”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO