Türkiyənin “Haber Global” telekanalı bu gün Azərbaycanda keçirilən növbədənkənar seçkilərlə bağlı geniş reportaj hazırlayıb.
Bizim.Media xəbər verir ki, telekanalın əməkdaşı Murat Karataş Bakıdan qoşulduğu canlı yayımda seçki prosesinin gedişi ilə bağlı ətraflı məlumat verib.
O, seçkinin vaxtının noyabr ayında deyil, daha tez keçirilməsinin COP29-la əlaqəli olduğunu vurğulayıb.
O qeyd edib ki, sayca yeddinci parlament seçkilərində 125 yer uğrunda 990 namizəd mübarizə aparıb. Müəllif nəzərə çatdırıb ki, budəfəki seçkiləri digərlərindən fərqləndirən əsas məqam onun bütün Azərbaycan torpaqlarında, o cümlədən işğaldan azad edilmiş Qarabağda baş tutmasıdır.
Süjetdə seçkiləri xeyli sayda beynəlxalq müşahidəçi, o cümlədən TÜRKPA, MDB, ATƏT, Türkiyə parlamentinin nümayəndə heyətinin müşahidə etdiyi qeyd edilib.
Həmçinin, Türkiyə parlamentinin nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edildiyi də xüsusi vurğulanıb.
Daha ətraflı videoda:
Bizim.Media
- A-
- A
- A+
Multimedia
21:28 / 01.09.2024
“Haber Global” Azərbaycandakı parlament seçkilərilə bağlı süjet hazırladı - VİDEO
Hazırda oxunan: “Haber Global” Azərbaycandakı parlament seçkilərilə bağlı süjet hazırladı - VİDEO
Hazırda oxunan: “Haber Global” Azərbaycandakı parlament seçkilərilə bağlı süjet hazırladı - VİDEO
209517
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.