“Euronews” Azərbaycanda keçirilən parlament seçkilərindən reportaj hazırladı - VİDEO

“Euronews” Azərbaycanda keçirilən parlament seçkilərindən reportaj hazırladı - VİDEO

Hazırda oxunan: “Euronews” Azərbaycanda keçirilən parlament seçkilərindən reportaj hazırladı - VİDEO

209512

“Euronews” telekanalı Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinə süjet həsr edib.

Bizim.Media xəbər verir ki, reportajda qeyd olunur ki, bu, ötən il Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra ölkədə keçirilən ilk parlament seçkiləridir.
 

MÖVZU İLƏ BAĞLI:

“Exit-poll”: Seçici fəallığı 81-84 faizdən yuxarıdır


Telekanal qeyd edib ki, seçkilərdə 25 siyasi partiya iştirak edir və seçilmiş deputatlar növbəti 5 il ərzində ölkədə qanunvericilik hakimiyyətini həyata keçirəcəklər. Parlamentdəki 125 yer uğrunda 990 namizəd mübarizə aparır.

Altıncı çağırış parlamentdə hakim partiya 125 yerdən 69-nu qazanmışdı və telekanal öz reportajında hesab edir ki, hazırkı səsvermənin nəticələrinə əsasən Milli Məclisdə də çoxluğu qoruyub saxlayacaq.

Reportajda seçicilərin əsasən təhsil sisteminin inkişafı və ümumilikdə ölkənin gələcək inkişafı ilə bağlı gözləntilərindən bəhs edilir. "Beş ildən sonra daha çox iş imkanlarının olacağına ümid edərək təhsil sistemimizin təkmilləşdirilməsinə səs verirəm. Ölkəmizdə daha yaxşı gələcəyə və müsbət tərəqqiyə səs verirəm", - seçicilərdən biri bildirib.

"Mənim borcum seçkilərdə fəal iştirak etməkdir. Ona görə də sabit və firavan həyata səs vermək üçün bu gün buradayam", - başqa bir seçici qeyd edib.

“Mən Azərbaycanın inkişafına səs vermişəm. Gənc nəslimizin burada daha yaxşı şəraitdə işlə təmin olunduğunu görmək istəyirəm”, - Bakıdakı azərbaycanlı seçicilərdən biri deyir.

Süjetdə qeyd olunur ki, Azərbaycan Ermənistanın 30 illik işğalından azad edilmiş ərazilər də daxil olmaqla, bütün ölkə üzrə seçkiləri izləmək üçün 200 beynəlxalq müşahidəçi dəvət edib. Eyni zamanda Mərkəzi Seçki Komissiyası 50 təşkilatın müşahidəçi missiyaları ilə iştirak etdiyini bildirib. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından olan ən böyük müşahidəçi kontingenti seçkilərlə bağlı ilkin qiymətləndirməni bazar ertəsi təqdim etməlidir. 6,4 milyondan çox insan səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO