Goranboydakı güclü yanğın BELƏ SÖNDÜRÜLDÜ – VİDEO

Goranboydakı güclü yanğın BELƏ SÖNDÜRÜLDÜ – VİDEO

Hazırda oxunan: Goranboydakı güclü yanğın BELƏ SÖNDÜRÜLDÜ – VİDEO

209204

Goranboy rayonu, Goran qəsəbəsində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yol kənarında baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 500 kv.m. sahədə kol-kos və qamışlıq yanıb.

Ətraf ərazilər, o cümlədən ağaclar yanğından mühafizə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO