Bu gün Rusiya Ukraynanın Xarkov şəhərinin bir sıra rayonlarını və 12 mərtəbəli yaşayış binasını idarə olunan aviasiya bombalarından atəşə tutub. Nəticədə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Terexov teleqram kanalında məlumat yayıb.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, hücum nəticəsində bir uşaq da daxil olmaqla dörd nəfər həyatını itirib, 28 nəfər yaralanıb.
Bizim.Media