Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda obyekt YANIR – VİDEO
Bildirilib ki, nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bizim.Media