Kazanda məktəbə hücum edən şəxs belə təslim oldu - ANBAAN VİDEO

Kazanda məktəbə hücum edən şəxs belə təslim oldu - ANBAAN VİDEO

Hazırda oxunan: Kazanda məktəbə hücum edən şəxs belə təslim oldu - ANBAAN VİDEO

20885

Xəbər verdiyimiz kimi, bu gün Tatarıstanın paytaxtı Kazan şəhərində 175 saylı gimnaziyaya silahlı hücum olub.

Bizim.Media xəbər verir ki, son məlumatlara görə, hücum nəticəsində 21 nəfər yaralanıb. Onlardan 18-i məktəblidir. Yeddi nəfərin vəziyyəti ağırdır.
 

MÖVZU İLƏ BAĞLI:

Kazanda 13 nəfəri öldürən qatilin ŞOK İFADƏLƏRİ yayıldı


Hadisəni törədən gimnaziyanın məzunu, 19 yaşlı İlnaz Qalyaviyev saxlanılıb.

Onun gimnaziyaya hücumu əvvəldən hazırlaşdığı məlum olub. Faciədən bir gün əvvəl bir teleqram kanalı üzərindən təhdid mesajı paylaşaraq insanları "biotullantı” adlandırıb və dünyanı onlardan azad edəcəyini yazıb.

Fotoşəkildə o, eynəkli və üzünü gizlədən qara maskada olub. Arxasında isə iri "Allah" yazısı göstərilib.Tezliklə bu Telegram kanalı bloklanıb.

Hüquq mühafizə orqanlarının məlumatına görə, İ.Qalyaviyevin hadisə zamanı istifadə etdiyi silah rəsmən onun adına qeydiyyatda olub.

Mayın 12-də Rusiya Dövlət Duması silah satışı haqqında qanun layihəsini müzakirə edəcək, silah satışına lisenziya verilməsi prosedurana yenidən baxılacaq.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO