Tramp: "Tanrı məni xilas etdi ki, mən də dünyanı xilas edim" - VİDEO

Tramp: "Tanrı məni xilas etdi ki, mən də dünyanı xilas edim" - VİDEO

Hazırda oxunan: Tramp: "Tanrı məni xilas etdi ki, mən də dünyanı xilas edim" - VİDEO

208810

ABŞ-da prezidentliyə namizəd Donald Tramp “Tanrı tərəfindən seçilmiş” olduğuna inandığını deyib.

Bizim.Media “The Times”a istinadən xəbər verir ki, bu barədə Tramp “Dr Phil”ə müsahibəsində bildirib.

O, qeyd edib ki, sui-qəsd cəhdindən xilas olmağında ilahi bir qüvvənin rolu var.

“Tanrının məni xilas etməyində bir məqsədi vardı. O, inanır ki, mən Amerikanı, hətta dünyanı xilas edəcəm. Elə ona görə də, məni sui-qəsddən xilas etdi”, - prezidentliyə namizəd bildirib.
Mənbə onu da qeyd edib ki, keçmiş prezident D.Tramp ona açılan atəşdə günahın prezident Bayden və Kamala Harrisdə olduğu iddialarından da yan keçməyib.

Qeyd edək ki, Donald Trampa sui-qəsd iyulun 13-ü axşam saatlarında baş verib. Atəş açan şəxs müəyyən edilib. FTB-nin məlumatına görə, o, Pensilvaniya ştatından olan 20 yaşlı Tomas Metyu Kruksdur. "New York Post” mənbələrinin məlumatına görə, gənc oğlan Trampın danışdığı səhnənin təxminən 120 metrliyində istehsalat fabrikinin damından atəş açıb.

Xatırladaq ki, Tramp 2020-ci ildə namizəd olduğu prezident seşkilərində rəqibi, Demokratlar partiyasının üzvü Baydenə məğlub olmuşdu.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO