Astarada dənizdə batan rayonun Kijəbə qəsəbə sakini Şamxal Həsənzadənin axtarışları iki xüsusi qrup cəlb edilməklə davam edir.
Bizim.Media xəbər verir ki, hadisə yerində çalışan Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin verdiyi məlumata görə batan şəxslə baglı qonşu ölkə İran tərəfinə də məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Astarada dənizdə bir nəfər batıb, axtarışları davam etdirilir - VİDEO
Xatırladaq ki, dünən axşam saatlarında Xəzərin Astara hissəsində nəzarətsiz bölgədə üzən 5 nəfərdən biri - Şamxal Həsənzadə suda batıb.
Hazırda axtarışları davam edən şəxs nişanlı olmaqla ailənin böyük övladı imiş. Axtarışlar intensiv şəkildə və 18 nəfərlik qrupla davam etdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu