Rusiya Prezidenti Vladimir Putin Volqoqradda istintaq təcridxanasında baş verən insidentlə bağlı ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib.
Bizim.Media xəbər verir ki, Rusiya Federal Penitensiar Xidmətin rəhbəri Putinə 19 saylı Volqoqrad koloniyasındakı vəziyyətlə bağlı məruzə edib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya həbsxanasında İNSİDENT – İŞİD-çilər məhbusları GİROV GÖTÜRDÜ – FOTO/VİDEO
Putin ölkənin Daxili İşlər Nazirliyinin, Rusiya Milli Qvardiyasının rəhbərlərinin və digər təhlükəsizlik rəsmilərinin Volqoqrad koloniyasındakı vəziyyətlə bağlı məruzələrini dinləyəcək.
Qeyd edək ki, bu gün Rusiyanın Volqoqrad vilayətinin Surovikino şəhərindəki 19 saylı koloniyada məhbuslar bir neçə nəfəri girov götürüblər.
Hadisə nəticəsində ölənlər və yaralananlar var. İlkin məlumatlara görə, girov götürənlər İŞİD üzvü olduqlarını açıqlayıblar. Onların Tacikistan və Özbəkistan vətəndaşları olduğu bildirilib.
Bizim.Media