Yüzlərlə dəniz şiri ABŞ-ın Kaliforniya ştatındakı San Karlo dənizini ələ keçirib.
Bizim.Media “The Reuters”ə istinadən xəbər verir ki, yerli rəsmilər sözü gedən əraziyə girişə məhdudiyyətlər qoyublar.
Yerli sakinlər daha öncə Kaliforniyada belə bir mənzərə görmədiklərini qeyd ediblər. Onlar dəniz şirlərinin şəkillərini çəkir, mənzərədən zövq almaq üçün lentlərlə bağlanmış ərazinin qarşısında dayanırlar.
Monterey Körfəzi Milli Dəniz Qoruğunun dəniz bioloqu Lisa Uttal bildirib ki, su şirlərinin gəlməsinin səbəbi yaxşı ekosistemdən qaynaqlanan qida dəstəyi ola bilər.
“Bu heyvanlar Ventura və Şannel adasından köç ediblər. Çox vaxt qida axtardıqları zaman belə kütləvi şəkildə dəniz kənarlarına gəlirlər. Hələ 3-4 həftə burda qalacaqları gözlənilir”, - dəniz bioloqu qeyd edib.
Xatırladaq ki, 1972-ci ildə ABŞ-da qəbul edilən dəniz məməlilərinin mühafizəsi haqqında qanuna əsasən, insanların onlara çox yaxınlaşması və onları qaçmağa təhrik etməsi qadağan edilmişdir.
Bizim.Media