Türkiyənin İrandakı səfiri: “Zəngəzur dəhlizi İranla Türkiyə arasında fikir ayrılığı yaratmayacaq” - VİDEO

Türkiyənin İrandakı səfiri: “Zəngəzur dəhlizi İranla Türkiyə arasında fikir ayrılığı yaratmayacaq” - VİDEO

Hazırda oxunan: Türkiyənin İrandakı səfiri: “Zəngəzur dəhlizi İranla Türkiyə arasında fikir ayrılığı yaratmayacaq” - VİDEO

207339

Türkiyənin İrandakı səfiri Hicabi Kırlanqıç Zəngəzur dəhlizi məsələsinin Türkiyə ilə İran arasında fikir ayrılığı yaradıb-yaratmayacağı ilə bağlı sualı cavablandırıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı diplomat “Tasnim News”a müsahibəsində danışıb.

“Azərbaycan və Qafqaz məsələləri mənim ixtisas sahəm deyil, ancaq Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında razılaşmanın tərkib hissəsidir.
 

Tərəflər arasında razılaşmada Azərbaycanla Naxçıvan arasında marşrutun yaradılmasına dair bənd var və bu, sözügedən bölgənin Azərbaycan ərazisinə ilhaqı demək deyil. Türkiyə prezidenti Ərdoğanın fikrincə, bu proses elə həyata keçirilməlidir ki, ölkələrin maraqlarına xələl gəlməsin və bununla bağlı Ermənistan, Azərbaycan və İranın razı qalması əsasdır. Zəngəzur dəhlizinin İranla Türkiyə arasında fikir ayrılığı yaradacağını düşünmürəm.


Bu məsələdə Türkiyə İrana zərər verəcək addım atmayacaq və hesab edirəm ki, İran da bunu bilir", deyə o, qeyd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO