İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində keçirilən təntənəli mərasimdə hərbi orkestrin ifasında “Əsgər marşı” mahnısı səslənib.
Bizim.Media xəbər verir ki, bu barədə videolar sosial şəbəkələrdə yayımlanıb.
Xatırladaq ki, bu gün Şuşada təntənəli mərasim keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan əsgərinin Şuşada təntənəli keçidi - VİDEO
İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.
Hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib.
Bizim.Media