Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Sudjadan 35 km qərbdə yerləşən Vnezapnoe kəndinə nəzarəti ələ keçirib.
Bizim.Media xəbər verir ki, Ukrayna hərbçiləri müvafiq görüntüləri internetdə paylaşıblar.
MÖVZU İLƏ BAĞLI:
Zelenski: "Lazım gələrsə, Kursk vilayətində hərbi komendantlıqlar yaradılacaq" - VİDEO
Qeyd edək ki, daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, Çeçenistan xüsusi təyinatlı “Axmat” dəstəsinin komandiri Apti Alaudinov Ukrayna Silahlı Qüvvələrinin Sudja və ətraf kəndləri üzərində nəzarəti ələ keçirməsi ilə bağlı yayılan məlumatları təkzib etmişdi.
Bizim.Media