Rusiya və Çin silahlarının “qara bazarı” üzə çıxdı – Silahlar kimlər üçün daşınıb? - VİDEO

Rusiya və Çin silahlarının “qara bazarı” üzə çıxdı – Silahlar kimlər üçün daşınıb? - VİDEO

Hazırda oxunan: Rusiya və Çin silahlarının “qara bazarı” üzə çıxdı – Silahlar kimlər üçün daşınıb? - VİDEO

20662

ABŞ Hərbi Dəniz Qüvvələri Oman dənizində qanunsuz olaraq Rusiya və Çin silahlarını daşıyan gəmini ələ keçirib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bayraqsız silah yüklü gəminin Yəməndəki husi qiyamçılarına silah və sursat apardığı ehtimal olunur. 

Gəmidə Rusiya istehsalı olan onlarla tank əleyhinə idarəolunan raket, eləcə də Çin istehsalı olan minlərlə avtomat “Kalaşnikov” və yüzlərlə ağır pulemyot, snayper tüfəngləri aşkarlanıb.

Hadisə ilə bağlı Rusiya və Çindən heç bir rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Oman körfəzinin sahilində İran, Oman, Pakistan və Birləşmiş Ərəb Əmirlikləri yerləşir.

Aliyə, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO