Xankəndidə külli miqdarda silah-sursat AŞKARLANDI - VİDEO

Xankəndidə külli miqdarda silah-sursat AŞKARLANDI - VİDEO

Hazırda oxunan: Xankəndidə külli miqdarda silah-sursat AŞKARLANDI - VİDEO

206299

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər. 

Bizim.media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, həyata keçirilən tədbirlərlə ötən həftə polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 38 avtomat silahı, 2 pulemyot, 9 tapança, 14 tüfəng, 69 qumbara, 1 qumbaraatan, 61 alışdırıcı, 1 mərmi, 10 mina, 11 kiloqram barıt, 9 gecəgörmə cihazı, 31 süngü-bıçaq, 26 rabitə vasitəsi, 197 patron darağı, 19986 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 4 avtomat silahı, Füzuli rayonu ərazisindən 2 avtomat silahı, 1 qumbaraatan, 3 pulemyot, 4 mərmi partlayıcısı, 1050 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 6 avtomat silahı, 1 tapança, 2 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 160 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO