İki yaşlı körpənin müəmmalı ÖLÜMÜ - VİDEO

İki yaşlı körpənin müəmmalı ÖLÜMÜ - VİDEO

Hazırda oxunan: İki yaşlı körpənin müəmmalı ÖLÜMÜ - VİDEO

205773

Ağstafada İsmayılovlar ailəsi yeganə övladını itirib. 

Bizim.Media xəbər verir ki, Sahil İsmayılovun iddiasına görə, iki yaşlı qızı Gülxar İsmayılzadənin ölməsinə səbəb həkim səhlənkarlığıdır:

"Uşaqda qıcolma başladı. Xəstəxanaya apararkən yolda ayıldı. Uşaq normal dedi, güldü, oynadı. Həkimlər baxıb dedilər ki, daxili qızdırması var. Həkimin tapşırığı ilə xadimə qızdırmasını ölçdü, sonra da iynə vurdu. Hiss etdim ki, uşaq artıq yuxulayır. Həkim zəmanət verdi ki, uşağında heç nə yoxdur, evə get, sabah gələrsən".

Uşağın atası bildirib ki, ona övladının xəstəxanada qalmasına ehtiyac olmadığı deyilib:

"Uşağı evə aparıb, dərman almaq üçün rayona qayıtdım. Yoldaşım zəng etdi ki, özünü çatdır, uşaq yenə həmin vəziyyətdədir. Xəstəxanaya apardım, həmin həkimi tapa bilmədim, uşaq keçindi".

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Həcər Namazova isə valideynlərin uşağı həkimin razılığı olmadan evə apardıqlarını söyləyib:

"Uşaq xəstəxanaya daxil olarkən şikayətləri süstlük, qıcolmalar, halsızlıq olub. Bunu nəzərə alaraq ona həkimlər tərəfindən zəruri tibbi xidmətlər göstərilib və xəstə həkim nəzarətinə götürülüb".

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO