Almaniyanın Mozel çayının yanındakı vadidə yerləşən otel çöküb.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
İlkin məlumatlara əsasən iki nəfər ölüb. Beş nəfəri ciddi xəsarət almadan xilas etmək mümkün olub. Onların arasında iki yaşlı uşaq da yaralanmadan çıxarılıb.
Daha iki turistin isə hələ də dağıntıların altında qaldığı bildirilib. Yerli polis açıqlayıb ki, dağıntılar altında qalan şəxslərlə əlaqə qurmaq mümkün olub.
Yaxınlıqdakı sakinlərə otel binasının qalan hissələrinin də çökmə ehtimalının olduğunu bildirərək ərazini boşaltmaqları ilə bağlı xəbərdarlıq edilib.
Hadisənin səbəbləri hələki məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.
Bizim.Media