Sumqayıtda dama yıxılan şəxs belə xilas edildi - VİDEO

Sumqayıtda dama yıxılan şəxs belə xilas edildi - VİDEO

Hazırda oxunan: Sumqayıtda dama yıxılan şəxs belə xilas edildi - VİDEO

205509

Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində vətəndaş köməksiz vəziyyətdə qalıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar. 
 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yaşayan 2001-ci il təvəllüdlü C.Mircamalova yaşadığı mənzilin eyvanından binanın 3-cü mərtəbəsində yerləşən artırmanın damına yıxılıb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb. 


Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO