Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin Sudja rayonunun Nikolayevo-Daryino, Daryino və Sverdlikovo yaşayış məntəqələrini nəzarətə götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Bildirilib ki, Ukrayna ordusunun bölmələri Kursk vilayəti Sudja-Qonçarovka rayonunun qərb ətrafına doğru hərəkət edərək 38K-004 magistral yolu boyunca nəzarət zonasını genişləndirə bilib.
Məlumatlara görə, qeyd olunan yaşayış məntəqəsində döyüşlər davam edir. Həmçinin Ukrayna birləşmələrinin Yunakovka istiqamətində cəmləşdiyi qeydə alınıb. Onlar Basovkadan keçərək Sverdlikovo və ya Qonçarovkaya doğru irəliləyirlər.
Qeyd edək ki, Ukrayna ordusu dünən gecə saatlarında Rusiyanın Kursk vilayətinə daxil olub.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına görə, döyüşlər zamanı 5 rusiyalı ölüb, 28 nəfər isə xəsarət alıb.
Bizim.Media