Bakının mərkəzində mikroavtobusdakı sərnişinin "silah şousu" vahimə yaratdı - VİDEO

Bakının mərkəzində mikroavtobusdakı sərnişinin "silah şousu" vahimə yaratdı - VİDEO

Hazırda oxunan: Bakının mərkəzində mikroavtobusdakı sərnişinin "silah şousu" vahimə yaratdı - VİDEO

205472

Bakının mərkəzində hərəkət zamanı mikroavtobusun qapısını açıb silahı ətrafdakı şəxslərə nümayiş etdirən şəxslə bağlı polis tərəfindən araşdırılır. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. 

Qeyd olunub ki, faktla bağlı araşdırma gedir və ictimaiyyətə nəticələri ilə bağlı əlavə məlumat veriləcək. 

Xatırladaq ki, şəhərin mərkəzində "Ford Tranzit" markalı 07-BH-637 dövlət nömrə nişanlı mikroavtobusda hərəkət zamanı sərnişin nəqliyyat vasitəsinin qapısını açaraq əlindəki "silah"ı sağa-sola tuşlayan şəxsin videosu sosial şəbəkələrdə paylaşılmışdı. Onun hansı səbəbdən belə bir hərəkət etdiyi və əlindəki "silah"ın həqiqi, yaxud oyuncaq olduğu hələlik məlum deyil. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO