Azərbaycanda yüz minlərlə evin çıxarışı yoxdur. Bu hal təkcə paytaxt ərazisini deyil, rayonları da əhatə edir.
Bəzən sənədsiz evlərin və obyektlərin söküldüyünün də şahidi oluruq. Bəs sənədi olmayan evlər hansı hallarda sökülə bilər?
Bizim.Media xəbər verir ki, mövzuya əmlak eksperti Elnur Fərzəliyev münasibət bildirib.
O, Azərbaycanda daşınmaz əmlakın sökülməsinin bir neçə formada həyata keçirildiyini söyləyib.
Ekspert qeyd edib ki, torpaqların dövlət ehtiyacı üçün alınması, yolların genişləndirilməsi, inzibati binaların tikilməsi zamanı və ərazi seysmik zonada yerləşərsə, sənədsiz evlər sökülə bilər.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirlib ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı işlər Nazirlər Kabinetindədir. Sənədsiz evlərin sökülməsi ilə bağlı qərar da birbaşa hökumətin tapşırığı ilə həyata keçirilir. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə hər hansı tapşırıq verilməyib.
Daha ətraflı videomaterialda:
Bizim.Media