İranlı ekspert: “300 raketlə İsraili vurduq, ortada heç nə yoxdur” - VİDEO

İranlı ekspert: “300 raketlə İsraili vurduq, ortada heç nə yoxdur” - VİDEO

Hazırda oxunan: İranlı ekspert: “300 raketlə İsraili vurduq, ortada heç nə yoxdur” - VİDEO

205383

İranlı siyasi ekspert Sadiq Zibakəlam HƏMAS lideri İsmayıl Həniyənin öldürülməsindən sonra artan gərginlikdə İranın mövqeyini şərh edib:

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

“Məndə statistik məlumatlar yoxdur, ancaq İsrail ordusu çox sayda Hizbullah qüvvəsini, o cümlədən HƏMAS liderini vurub.
 

Bəs biz nə etdik? Biz isə İsrailə 300 raket və dron ilə hücum etdik, onların çoxu isə hava limanından bir neçə yüz metr kənarda partladı. Başqa nə etdik? Əslində isə İran hökuməti heç bir şey əldə etməyib. İsrail isə daha da uğur qazanıb.


Düzdür, İsrailə müxalif olanlar var, İsrail hökuməti hələ də girovlarını azad edə bilməyib. İran hökuməti bütün günü dövlət televiziyasında 300 raketlə İsraili vurduq kimi boş sözlərlə çıxış edib, amma ortada heç nə yoxdur”, deyə o, qeyd edib.

Ekspert bildirib ki, İran və onun müttəfiqləri heç bir şey edə bilməyiblər. İsrail hökuməti güzəştə getməyib və öz mövqelərini də gücləndirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO