Banqladeşdə üsyançılar Baş nazirin qərargahını ələ keçirdi - VİDEO

Banqladeşdə üsyançılar Baş nazirin qərargahını ələ keçirdi - VİDEO

Hazırda oxunan: Banqladeşdə üsyançılar Baş nazirin qərargahını ələ keçirdi - VİDEO

205178

Banqladeşdə minlərlə nümayişçi Baş nazir Şeyx Hasinanın paytaxt Dəkkədəki rəsmi iqamətgahına basqın edib. 

Bizim.Media xəbər verir ki, bu Kanal 24 tərəfindən canlı yayımlanan görüntülərdə öz əksini tapıb. 

Bildirilib ki, Baş nazir və bacısı həmin vaxtda iqamətgahda olmayıblar. Onlar ölkəni tərk edərək Hindistana gediblər. 

Daha öncəsində Baş nazir Şeyx Hasinan istefa verdiyi bildirmişdi. 

Xatırladaq ki, Banqladeşdə nümayişlər ötən aydan tələbələrin hökumət işləri üçün kvota sisteminə son qoymağa çalışması ilə başlayıb, lakin polis və hökumətyönlü fəallarla qarşıdurmalar 300-dək insanın ölümünə səbəb olan zorakılığa çevrilib.   



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO