Evdən işə getdi, qayıdanda çöldə qaldı - VİDEO

Evdən işə getdi, qayıdanda çöldə qaldı - VİDEO

Hazırda oxunan: Evdən işə getdi, qayıdanda çöldə qaldı - VİDEO

204994

Kürdəxanıda “Ləhiş bağları” adlanan ərazidə unikal hadisə baş verib.

Bizim.Media xəbər verir ki, evdən işə gedən vətəndaş qayıdanda darvazasının dəyişdirildiyini görüb.

Ev sahibi Tural Məhərrəmovun sözlərinə görə, bu ev ona babasından miras qalıb. Hər yay ailəsi ilə birgə həmin evdə yaşayıb. Elə bu yay da həmin proses aidiyyəti üzrə təkrarlanıb. Amma bu dəfə fərqli ssenari yaşanıb.
 

Belə ki, ev sahibi iddia edir ki, onlar evə gələndə qapıya “Bağın sahibi”nin adından nömrə yazılıb yapışdırılıb. Həmin nömrə ilə əlaqə saxlayıb və izah edib ki, bu ona babasından qalma evdir.


Elə hər şey də bundan sonra başlayıb. T.Məhərrəmov işdən gələndə görüb ki, evin giriş qapısı yerindən çıxarılıb yenisi ilə əvəzlənib. Onun sözlərinə görə, evə  “əl qoymaq” istəyənlər özlərini əmlakçı kimi təqdim edən fırıldaqçılardır.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin verdiyi açıqlamada qeyd olunub ki, vətəndaşın müraciəti ilə bağlı araşdırmalara başlanılıb.

Daha ətraflı “Real TV”nin reportajında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO