Putin ABŞ-ın geri qaytardığı məhbuslarla bir arada – VİDEO

Putin ABŞ-ın geri qaytardığı məhbuslarla bir arada – VİDEO

Hazırda oxunan: Putin ABŞ-ın geri qaytardığı məhbuslarla bir arada – VİDEO

204699

Xəbər verdiyimiz kimi, Ankarada Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı məhbus mübadiləsi baş tutub. Belə ki, mübadilə zamanı 8 nəfər Rusiyaya təhvil verilib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, onları Moskvanın Vnukovo hava limanında Rusiya Prezidenti Vladimir Putin şəxsən qarşılayıb.

Putin təyyarədən düşənlərin bir-bir əlini sıxıb, qırmızı xalıda mübadilə edilən insanlarla görüşüb.

Qeyd edək ki, Rusiya da öz növbəsində üç nəfəri - “The Wall Street Journal”ın (WSJ) jurnalisti Evan Qerşkoviç, keçmiş ABŞ dəniz piyadası Pol Uilan və “Azadlıq” radiosunun tatar-başqırd xidmətinin jurnalisti (radiostansiya Rusiyada xarici agent və arzuolunmaz təşkilat kimi tanınır) Alsu Kurbaşevanı (Rusiya və Amerika vətəndaşlığına malikdir) ABŞ-a təhvil verib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO