Vətəndaşlar həkimin qəbuluna düşmək üçün arayış almaq istəyir, amma növbə o qədər çoxdur ki, heç tərpənmək də olmur.
Bizim.Media xəbər verir ki, görüntülər Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən 5 saylı Uşaq Xəstəxanasının poliklinika şöbəsindəndir.
Çəkiliş apararkən məlum oldu ki, bir arayışı almaq və həkim qəbuluna yazılmaq üçün insanlar saatlarla vaxt itirirlər.
Mövcud problemlə əlaqədar Sumqayıt Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, hal-hazırda sağlamlıq haqqında arayışlara müraciətlərin sayı artıb. Bu isə məktəb, məktəbəqədər müəssisələrə və bağçalara qəbulla əlaqədardır.
Sumqayıt Tibb Mərkəzindən o da bildirilib ki, yaranan sıxlığın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media