Kuba prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan boksçusu Alfonso Dominqesin Paris-2024 Yay Olimpiya Oyunlarında ilk qələbəsindən sonra verdiyi müsahibə ilə bağlı münasibət bildirib.
Bizim.Media xəbər verir ki, o, bununla bağlı öz sosial şəbəkə hesabında paylaşım edib.
Kuba prezidenti qeyd edib ki, boksçuları Xulio Sesar La Krus üzərində xal hesabı ilə qalib gələn Alfonsonun açıqlaması dürüst, ləyaqətli və təsiredicidir:
“Onu yetişdirən vətəninə hörmətlə yanaşması tədqirəlayiqdir. Kuba onun qələbəsinə sevinir, baxmayaraq ki, qardaş Azərbaycanı təmsil edir”.
Qeyd edək ki, Dominqes ikiqat Olimpiya çempionunu 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib.
Honestas, dignas y conmovedoras las declaraciones de Loren Berto, tras su victoria por puntos sobre Julio César La Cruz. Una emigración, respetuosa de la Patria que lo formó, merece reconocimiento. #Cuba también va en su triunfo, aunque cuente para la hermana #Azerbaiyán pic.twitter.com/ZFHZuuzKEt
— Miguel Díaz-Canel Bermúdez (@DiazCanelB) July 28, 2024
Bizim.Media