Rusiyada terror aktı törədən şəxs Türkiyədə saxlanıldı - VİDEO

Rusiyada terror aktı törədən şəxs Türkiyədə saxlanıldı - VİDEO

Hazırda oxunan: Rusiyada terror aktı törədən şəxs Türkiyədə saxlanıldı - VİDEO

203446

Rusiyada terror hadisəsi törədərək 2 nəfərin xəsarət almasına səbəb olan şəxs Türkiyədə saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya rəsmi “X” hesabında paylaşım edib.

“Bu gün saat 10.30-da İnterpol/Avropol Departamentimizin Baş Qərargahına Rusiya İnterpol Bölməsinin əməkdaşları zəng edər’k bildiriblər ki, Rusiya əsilli Yevgeni Serebriakov adlı şəxs Moskvada bomba yüklü avtomobillə terror aktı törədib, hücum nəticəsində 2 nəfər yaralanıb.

Qeyd edilib ki, həmin şəxs daha sonra Moskva-Bodrum təyyarəsi ilə ölkəmizə gəlib.

Məsələ ilə bağlı Kəşfiyyat İdarəsi, İnterpol/Avropol Departamenti, MİT Müdirliyi, İmmiqrasiya İdarəsi, Terrorla Mübarizə İdarəsi və Muğla vilayət Təhlükəsizlik İdarəsinin birgə səyi nəticəsində məktubda göstərilən şəxsiyyət məlumatları və fotoşəkillərə uyğun gələn şəxslə bağlı lazımi koordinasiya təmin edilib. O saxlanılıb.
Əməliyyatı həyata keçirən qəhrəmanlarımızı təbrik edirəm”, - deyə Yerlikaya qeyd edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO