Ukrayna prezidenti Volodimir Zelenski münaqişənin tez bir zamanda dayandırılmasının vacibliyini anladığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski Kiyevdə Vatikanın dövlət katibi kardinal Pietro Parolinlə görüşdə danışıb:
MÖVZU İLƏ BAĞLI:
Zelenskidən Baydenin qərarına REAKSİYA: “Ağır, lakin güclü…"
“Məncə, hamımız başa düşürük ki, müharibəni mümkün qədər tez bitirməliyik”.
O, həmçinin Parolinin səfərini “Vatikandan güclü siqnal” adlandırıb.
Zelenski iyulun 21-də BBC yayım korporasiyasına müsahibəsində Ukraynada bu cür danışıqları qadağan edən fərmana baxmayaraq, Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyündən danışıb. Ukrayna prezidenti həmçinin bildirib ki, ““heç kim 10 il və ya uzun illər davam edəcək silahlı münaqişəyə razı olmayacaq”.
Bundan əvvəl o, həmçinin qeyd edib ki, Rusiya nümayəndələri Ukrayna münaqişəsinin həlli üzrə ikinci konfransda iştirak etməlidirlər.
Bizim.Media