Xəzər dənizində Rusiya və İran gəmilərinin iştirakı ilə təlimlər keçirilir.
Bizim.Media “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı təlimlərin rəsmi nümayəndəsi, kapitan Abbas Hasani açıqlayıb.
Bildirilib ki, təlimlər dənizdə xilasetmə işlərinin həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi üzrədir.
Onun sözlərinə görə, təlim Tehranın təşəbbüsü ilə ilk dəfə Xəzər dənizində keçirilir. Bununla əlaqədar olaraq, Rusiyanın “SB-45” gəmisi İranın ərazi sularına daxil olub.
Bizim.Media