"Yaxın Şərqdə misli görünməmiş zorakılıq partlayışı ABŞ-ın regiondakı siyasətinin nəticəsidir. ABŞ İsrailə dəstəyi dayandırsa, Qəzzada axan qan dayanacaq, amma bunu ya istəmirlər, ya da edə bilmirlər”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətə dair iclasında çıxışı zamanı bildirib.
Lavrov qeyd edib ki, İsrail BMT Təhlükəsizlik Şurasının qətnaməsinin tələblərinə zidd olaraq qeyri-qanuni yaşayış məskənlərinin tikintisini nəinki azaltmır, hətta artırır:
“İsrailin qonşuları, o cümlədən Livan, onunla genişmiqyaslı qarşıdurmaya cəlb olunmaq təhlükəsi altındadır”.
Bizim.Media