“Euronews” kanalı Bakı Gəmiqayırma Zavodu haqqında videoreportaj yayımlayıb.
Bizim.Media xəbər verir ki, videoreportajda Bakı Gəmiqayırma Zavodunun (BGZ) Azərbaycanın sənaye artımına təkan verdiyi, strateji gəmiləri inşa etdiyi qeyd olunub.
BGZ İdarə Heyətinin sədri Elşad Nuriyev COP29 beynəlxalq konfransı ərəfəsində Zavodun ekoloji layihələrə ciddi nəzarət etməsi, eyni zamanda peşəkar kadr potensialının inkişaf etdirilməsi, yeni innovativ layihələr üzərində işlədiklərini xüsusilə vurğulayıb.
E.Nuriyev gəmiqayırma zavodunun Azərbaycanın sənaye ekosistemində strateji əhəmiyyətini və müəssisənin ölkənin iqtisadi inkişafına mühüm töhfə verdiyini deyib:
“Bunun bariz nümunəsi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş və hazırda Avropaya əsas təbii qaz tədarükünün həyata keçirildiyi “Şahdəniz” layihəsinin ikinci mərhələsi çərçivəsində sualtı işlər zamanı həlledici rol oynayan “Xankəndi” gəmisidir”
Bununla yanaşı digər məlumatlarla ətraflı videomaterialda tanış ola bilərsiniz.
Bizim.Media