Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Dadaşov Uğur Eldar oğlu, Doluxanov Rəhim Məhkəmə oğlu, Tağıyev Telman Tevon oğlu, Abbasov Sərvər İldırım oğlu, Məmmədov Ədalət Şahmar oğlu, Mustafayev Qərib Həsrət oğlu və cəsədlərinin qalıqları dəfn olmaq üçün Beyləqan rayonundan yola salınıb.
Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, Beyləqan Mərkəzi Rayon Xəstəxanasında təşkil olunan mərasimdə izdiham yaşanıb.
Vida mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, dəfn mərasimi şəhidlərin doğulduğu və uğrunda həlak olduğu Xocavənd rayonunun Qaradağlı kənd qəbiristanlığında olacaq.
Bizim.Media