Gəncənin Yeni Gəncə yaşayış massivində sakinlər məhəllədəki oyun və idman qurğularının günü-gündən dağılıb getməsindən şikayətlənirlər.
Bizim.Media xəbər verir ki, yaşayış massivində 43, 56 və 64 saylı binaların sakinləri deyirlər ki, yaşadıqları məhəllədəki idman və oyun alətləri get-gedə dağılıb, yoxa çıxır.
Sakinlərin sözlərinə görə, qurğuları məhz onların dəmirlərini satmaq üçün sökürlər. Dəmirlər kəsilib aparıldığından dibindəki qalıqlar uşaqlar üçün təhlükə yaradır.
Məsələ ilə bağlı Gəncə Mənzil Kommunal Təsərrüfatı İB-dən bildirilib ki, şəhərdə nümunəvi abad məhəllələrin yaradılması işi mərhələli şəkildə həyata keçirilir. Təkcə ötən il 11 belə məhəllə abadlaşdırılıb və proses davam etdirilir.
Şəhər polisindən isə sözügedən ərazidən oğurluq edilməsi ilə bağlı hər-hansı müraciətin daxil olmadığı deyilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media